“Hər kəsi bizi alqışlamağa məcbur etdik”
19.01.2012 - 09:38
“İlk dəfə akademiyamızın komandası beynəlxalq turnirdə birinci yeri tutdu. Qalib gəlmək hər zaman çox gözəldir, xüsusilə 5 yerli komandanın əlindən kuboku alıb Azərbaycana gətirmək, doğma bayrağımızı xarici ölkədə dalğalandırmaq qürurverici hadisədir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” U-13 komandasının baş məşqçisi Recep Yazıçı deyib.
O, Latviyanın paytaxtı Riqada keçirilən “Riga Open Cup” turnirindən sonra yarışla bağlı fikirlərini klubun rəsmi saytına açıqlayıb: “Klub, akademiya rəhbərliyini və futbolçuları təbrik edirəm. Bu qrupun məşqçisi Sərdar Qafarovu xüsusi qeyd etmək istəyirəm. Çünki komandamız təsadüfi qollar vuraraq qalib gəlmədi. Hər kəsi bizi alqışlamağa məcbur etdik. Təbii ki, bu cür oyun göstərmək üçün durmadan çalışmaq, məşq etmək lazımdır. Bizim komandamız bu çətin məşq proseslərindən sonra bu səviyyədə oyun sərgiləyir. Təbii ki qələbə xoşdur, amma bizi sevindirən əsas məqam da məhz ağıllı futbol oynamağımızdır. Ümid edirəm ki, kuboklarımızın, qələbələrimizin, uğurlarımızın davamı gələcək və bir neçə il sonra bu komandada çıxış edən futbolçular milli komandamızın və “Qəbələ”nin əsas heyətinin şərəfini qoruyacaqlar. Bu uğur bizim doğru yolla irəlilədiyimizin növbəti sübutudur”.

0
0