“Sumqayıt”ın sonrakı rəqibləri aşağı divizion təmsilçiləri olacaq
19.01.2012 - 09:50
“Sumqayıt”ın Türkiyədəki təlim-məşq toplanışında digər rəqibləri müəyyənləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, almaniyalı Bernard Raabın çalışdırdığı komanda sonrakı 2 matçını aşağı divizion təmsilçiləri ilə keçirəcək. Sumqayıtlılar yanvarın 21-də Bakı vaxtilə saat 17:00-da II Bundesliqa təmsilçisi “Paterborn”la görüşəcək. 3-cü yoxlama oyunu isə yanvarın 24-də Rusiyanın I divizion təmsilçisi “Fakel”lə olacaq. Bu matçın keçirilmə vaxtı ilə bağlı sonradan məlumat veriləcək.
Qeyd edək ki, “Sumqayıt” Antalyada ilk yoxlama oyununu bu gün Qazaxıstanın Premyer Liqasının vitse-çempionu “Jetısu” ilə keçirəcək. Oyun Bakı vaxtı ilə 19:30-da “Arcadia Limak” otelinin stadionunda baş tutacaq.

0
0