Araz Abdullayevin bəxtinə Yunanıstanın ən titullu klubu düşdü
19.01.2012 - 10:22
Yunanıstan kubokunun ¼ və ½ final mərhələlərinin püşkü atılıb. Apasport.az saytlının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin çıxış etdiyi “Panionios”un bəxti gətirməyib.
1/8 finalda “Panatinaikos”u (20 qat Yunanıstan çempionu və 17 qat kubok sahibi) kimi nəhəngi mübarizədən kənarlaşdıran Araz və komandası bu dəfə ölkənin ən titullu komandası ilə görüşəcək. Belə ki, “Panionios”un 1/4 finalda rəqibi “Olimpiakos” (38 qat Yunanıstan çempionu və 24 qat kubok sahibi) olacaq. Bu matç fevralın 25-də Pireydə baş tutacaq.
Abdullayevin komandası səfər matçında uğur qazansa ½ finalda görüşəcəyi rəqib bilinir. Hələ 1/8 final matçları qalan “Panaitolikos” – OFİ cütünün qalibinin 1/4 finalda “Panserraikos”la görüşməsindən sonra həmin yarımfinalçı bilinəcək. Bu mərhələdə isə rəqiblər 2 dəfə - martın 2si və 16-da görüşəcək.

0
0