Millimizlə oyun öncəsi dünya və Avropa çempionu qarşısında sınaq
19.01.2012 - 10:50
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Rusiya yığmasının yoldaşlıq görüşlərində növbəti rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız fevralın 29-da Danimarka yığması ilə Kopenhagendəki matçdan sonra Uruqvay, Lixtenşteyn və İtaliya milliləri ilə yoxlama oyunları keçirəcək.
Bu haqda məlumat verən Rusiya Futbol İttifaqının prezidenti Sergey Fursenko mayın 25-də Uruqvayı Moskvada qəbul edəcəklərini bildirib. Bundan sonra Avropa çempionatının final mərhələsinə son hazırlıq məqsədilə İsveçrədəki təlim-məşq toplanışında mayın 29-da Lixtenşteyn və iyunun 1-də İtaliya ilə oyun keçiriləcək. Yeri gəlmişkən, ruslar qrup mərhələsində iyunun 8-də Çexiya, 12-də Polşa, 16-da Yunanıstanda görüşəcək.
Avqustun 15-də isə dünya və Avropa çempionu Fransa yığması ilə Parisdə oyun nəzərdə tutulub. Bu, növbəti seçmə mərhələyə son hazırlıq matçı olacaq.
Qeyd edək ki, Rusiya millimizlə növbəti seçmə mərhələdə ilk oyununu oktyabrda evdə keçirəcək.

0
0