“Dinamo”nun kapitanı Azərbaycana buraxılmadığına görə şikayət etdi
19.01.2012 - 11:23
“Dinamo”nun kapitanı Azərbaycana buraxılmadığına görə şikayət etdi
Rusiya futbolunda növbəti qalmaqal yaranıb. Apasport.az saytının məlumatına görə, Stavropol “Dinamo”sunun kapitanı Artur Kulumbeqovun Rusiya Futbol İttifaqına kömək məqsədilə yazdığı açıq məktubda Azərbaycanın adını çəkilib. Belə ki, II divizionda çıxış edən futbolçu karyerasını ölkəmizdə, adını açıqlamadığı klubda davam etdirmək istəsə də, “Dinamo” buna imkan verməyib: “Mən Stavropol klubuna 2011-ci martında gəlmişəm. İlk dövrədən həqiqətən bir sıra təkliflər aldım. Bunlardan ən maraqlısı Azərbaycanın yüksək liqası klubundan idi. Mən ora getməyi çox istəyirdim, çünki bu, karyeramda irəliyə doğru addım idi. Ancaq “Dinamo”nun rəhbərliyi razılığımıza baxmayaraq, keçidimə qətiyyətlə qarşı çıxdı. Mənə dedilər ki, məni heç yerə buraxmaq fikrində deyillər. Çünki klub qarşısında ciddi vəzifələr durur. Sonda belə razılığa gəldik ki, müqaviləmin şərtləri yaxşılaşdırılacaq və Stavropolda ev veriləcək. Mən qaldım, II dövrə başladı. Klubun maddi durumu sürətlə pisləşməyə, futbolçuların məvacibləri və mükafatları bağlı borclar qar təpəciyi kimi böyüməyə başladı”.