Altı aydan 1 qol vuran hücumçu
19.01.2012 - 12:59
Altı aydan 1 qol vuran hücumçu
Azərbaycan milli komandasının sabiq futbolçusu Vaqif Cavadov 2 illik fasilədən sonra yenidən “Qarabağ”da çıxış edəcək. Apasport.az saytının məlumatına görə, 2010-cu ilin yanvarında Ağdam təmsilçisini tərk edən hücumçu həmin vaxtdan sonra heç nə ilə yadda qalmayıb. Son 2 ildə 3 klubda top qovan Cavadov 24 ayda bu komandaların heyətində cəmi 39 rəsmi matça çıxıb. Vaqifin son 2 ildəki klub karyerasında vurduğu qolların sayı isə 4-ə bərabərdir. Bu isə onun orta hesabla hər 6 aydan 1 qol vurduğunu göstərir.

“Tvente” – 0 oyun, 0 qol
“Bakı” – 27 oyun, 4 qol
“Volqa” – 12 oyun, 0 qol
Cəmi: 39 oyun, 4 qol

Qeyd edək ki, Cavadov həmin 2 ildə milli komandada 12 oyuna 2 qol vurub.