Qvardiola “Uçan holland”a çatdı
19.01.2012 - 13:44
İspaniyanın “Barselona” klubunun baş məşqçisi Xosep Qvardiola komandasının rekordçusu olub. Apasport.az saytının məlumatına görə, Kral kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Real” üzərində 2:1 hesablı qələbə 41 yaşlı mütəxəssis üçün “El Klassiko”da 9-cu belə uğur olub. Madrid təmsilçisini 9-cu dəfə məğlub edən Qvardiola bununla da Yohan Kroyfun rekordunu təkrarlayıb. 1988-1996-cı illərdə “Barselona”ya rəhbərlik edən “Uçan holland” da eyni sayda qələbəyə sevinmişdi.
Qeyd edək ki, Qvardiola yanvarın 25-də keçiriləcək cavab oyunundakı qələbə sayəsində mütləq rekordçu olacaq.
Qeyd edək ki, Qvardiola yanvarın 25-də keçiriləcək cavab oyunundakı qələbə sayəsində mütləq rekordçu olacaq.
0
0