Joze Mourinyo: Günah yalnız məndədir!
19.01.2012 - 13:57
Joze Mourinyo: Günah yalnız məndədir!
Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo “Barselona”ya növbəti məğlubiyyətindən sonra açıqlaması ilə diqqət çəkib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı çalışdırıcı İspaniya kubokunun ¼ final mərhələsində əzəli rəqibinə evdəki məğlubiyyətə (1:2) görə bütün məsuliyyəti öz üzərinə götürüb: “Başa düşürəm ki, nəticəyə görə bütün məsuliyyət yalnız mənim üzərimə düşür. Qələbənin çoxlu atası olur, ancaq məğlubiyyətin yalnız bir atası olur. Bu, İspaniya kubokunun ötən ilki finalında da belə olmuşdu. Əgər Pepe ilə bağlı epizoddan danışırıqsa, mən nə baş verdiyini görməmişəm. Mən əvvəlcə videoyazıya baxmalıyam. Əgər Pepe bilərəkdən Messinin ayağına basıbsa, onda onun cəzalanmağı ilə razıyam. Hərçənd müdafiəçim komanda üçün böyük iş görüb”.

Qeyd edək ki, Mourinyo 2-ci ildir çalışdırdığı “Real”da yeganə titulu ötən mövsüm İspaniya kubokunun finalında məhz “Barsa”ya qalib gələrək, qazanıb.