“Həmin legioner bizə yaramadı, indi 3-nün yolunu gözləyirik”
19.01.2012 - 14:18
Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Simurq” baxışa çağırdığı ilk legionerin taleyinə aydınlıq gətirib. Bu haqda apasport.az saytına məlumat verən klubun icraçı-direktoru Vaqif Əliyev Antalyada hazırlıq prosesinə dəvət etdikləri, adını açıqlamadığı türkiyəli hücumçunu bəyənmədiklərini bildirib: “Komandamıza baxışa türkiyəli futbolçu gəlmişdi. Ancaq o, bizə yaramadığından, geri qaytardıq. İndi başqa legionerlərin yolunu gözləyirik. Ancaq hələ ki gəlib çıxmayıblar. Menecerləri bizə deyib ki, yanvarın 20-21-ə gətirməlidir. Bildiyiniz kimi, ilk yoxlama oyunumuz yanvarın 21-də Qazaxıstanın “Kaysar” klubu ilə olacaq. Baxışa çağırdığımız legionerlər həmin matça gəlib, sınanmalıdırlar”.
Əliyev 3 legionerin gələcəyini bildirib: “Bunlardan 2-si Ukraynadan, 1-i Rusiyadandır. Ukraynalılar hücumçular, rusiyalı oyun qurucusudur. Bizə məhz mövqelərə futbolçular lazımdır”.
Mehman SÜLEYMANOV
Əliyev 3 legionerin gələcəyini bildirib: “Bunlardan 2-si Ukraynadan, 1-i Rusiyadandır. Ukraynalılar hücumçular, rusiyalı oyun qurucusudur. Bizə məhz mövqelərə futbolçular lazımdır”.
Mehman SÜLEYMANOV
0
0