Azərbaycan futbolçu transferlərindən ən çox ziyana düşən ölkədir
19.01.2012 - 15:59
UEFA-nın müəyyənləşdirdiyi meyarlara əsasən, gəlir-çıxarları uyğun gəlməyən klublar gələn mövsümündən Avropa kuboklarına qatıla bilməyəcək.
Futbolçu transferlərində ən çox ziyana düşən ölkələrin siyahısı açıqlanıb. Lent.az-ın “Fotomaç”a istinadən verdiyi məlumata görə, siyahıya Azərbaycan başçılıq edir.
Ölkəmizi ilk “3-lük”də Ukrayna və Danimarka izləyir. Türkiyə isə 4-cü pillədə qərarlaşıb. Lakin konkret rəqəm açıqlanmayıb.
Qeyd edək ki, UEFA-nın müəyyənləşdirdiyi meyarlara əsasən, gəlir-çıxarları uyğun gəlməyən klublar 2012-2013-cü il mövsümündən etibarən Avropa kuboklarına qatıla bilməyəcək. Bu vəziyyətdə klublar büdcələrindəki vəsaitdən çox pul xərcləyə bilməyəcək.

0
0