İntihar edən baş məşqçinin əvəzləyicisi rəsmən təqdim olundu
19.01.2012 - 17:28
Uels milli komandasının yeni baş məşqçisinin təyinatı reallaşıb. Apasport.az saytının məlumatına görə, Kris Koulmen bu gün yeni çalışdırıcı kimi rəsmən təqdim olunub. Ancaq 41 yaşlı çalışdırıcı ilə imzalanan anlaşmanın müddəti hələ açıqlanmır.
Uels Futbol Assosiasiyasının icraçı-direktoru Conatan Ford intihar edən sabiq baş məşqçi Qari Spidin əvəzləyicisinin müəyyənləşdirilməyi ilə bağlı seçimin çətin proses olduğunu bildirib: “Biz bütün mümkün ssenariləri öyrəndik. Bunadək Qari Spidin xələfi ilə bağlı açıq müzakirələrdə iştirak etmək istəyimiz yox idi. Spid tərəfindən seçilən işi davam etdirmək istərdik. Məhz bu səbəbdən seçimi Kris Koulmen üzərində etdik”.
Qeyd edək ki, Koulmen Uels yığmasında 1992-2002-ci illərdə oynayaraq, 32 matçda 4 qol vurub. O, karyerasının böyük hissəsini keçirdiyi “Fulhem”i, habelə “Real Sosyedad” və “Koventri Siti”ni çalışdırıb.

0
0