Hacıyevin zərbə dozası
20.01.2012 - 00:25
Hacıyevin zərbə dozası
“Neftçi” klubu Antalyada təlim-məşq toplantısını davam etdirir. Apasport.az saytının xəbərinə görə, komandanın baş məşqçisi Böyükağa Hacıyev hazırlıqla bağlı fikirlərini açıqlayıb: “İlk hazırlıq mərhələsi istədiyimiz səviyyədə davam edir. Həftə sonuna kimi çalışacağıq ki, zərbə dozası adlanan əsas yükləmə dövrünü tamamlayaq. Fiziki təlimlər sona yaxınlaşdıqca, sürətə hesablanan məşqlərin intensivliyi daha da artacaq".

Məşqçi Tərlan Əhmədov isə bildirib ki, futbolçular məşqlərə həvəslə yanaşırlar: “Hazırlıqların ilk 6 günü futbolçuların güc toplamasına hesablanmışdı. Sabahdan sürət və cəldliyin artırılmasına çalışacağıq. Futbolçuların məşqlərə münasibəti əladır. Hətta gənc futbolçular da əsas heyətin üzvləri ilə rəqabət aparmağa çalışır. Bu isə inkişafdan xəbər verir”.