Rikardo başına gələnləri “apasport”a danışdı
20.01.2012 - 00:38
“Xəzər Lənkəran”ın braziliyalı legioneri Rikardo Qomeş çempionatın gedişində klub rəhbərliyindən vətəninə getmək üçün bir həftəlik icazə alıb getsə də, sonradan qış fasiləsinədək klubuna qayıtmadı. Lakin Mirça Rednikin istefasından sonra braziliyalı futbolçu da geri döndü və hazırda Antalya toplanışında “Xəzər Lənkəran”la birgədir. Yaranan bir çox suallara aydınlıq gətirmək üçün Rikardo ilə görüşüb qaranlıq məqamlara aydınlıq gətirmək istədik. Legionerlərlə danışmaqda həmişə köməyimizə çatan komandanın tərcüməçisi Elvar Quliyevin sayəsində Rikardo başına gələnləri apasport.az saytına danışdı.
- Vətənindən gec dönməyiniz nə ilə bağlı idi?
- Bu suala geniş cavab vermək istəməzdim. Artıq hər şey geridə qalıb. Klubumuzun bəlli hədəfləri var və mən bunu düşünürəm. İndi hazırda düşərgədə komanda yoldaşlarımla birgəyəm.
- Düşünmürsünüz ki, bu hərəkətinizlə komanda yoldaşlarını çətin vəziyyətdə qoydunuz?
- Razıyam ki, klubumu pis vəziyyətdə qoydum. Amma son oyunlarda xal itkilərini mənim gedişimlə də əlaqələndirmək düzgün olmazdı. Bir futbolçunun yoxluğu komandanın oyununa elə də böyük təsir edə bilməz. Məncə, hədəfimizdən çox da uzaq düşməmişik. Qarşıdakı oyunlarda yaxşı oyunumuzla itirilən mövqeyimizi qaytara bilərik.
- Bundan öncə formasını geyindiniz klublarda da eyni hərəkətləri etdiyiniz barədə məlumatlar dolaşır...
- Bəli, çıxış etdiyim klublarda eyni hərəkəti edərək, vətənimə gedib qayıtmadığım hallar baş verib. Amma bunu klubun götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə etmişəm. Haradasa bu addımımla üsyan etdiyimi büruzə vermişəm. Yoxsa belə hallar mənim intizamsızlığımla bağlı baş verməyib.
- “Xəzər Lənkəran”da da üsyan etmişdiniz?
- Xeyr. Bu komandada hansısa problemim yoxdur. Siz sualı hərləyib-fırlayıb yenə ilk suala gətirirsiniz. Dedim ki, bu suala cavab vermək istəmirəm.
- Belə deyək, həqiqətən də atanız vəfat etmişdimi?
- Bəli. Mən vətənimə gedəndən az sonra atam vəfat etdi. Yubanmağımın ilk səbəbi də bu idi.
- Gedəndən sonra “ Xəzər Lənkəran”ın çıxışı ilə maraqlanırdınızmı?
- Sözsüz ki. Dostlaşdığım komanda yoldaşlarımın, mənim üçün hər bir şeyi edən klubumun çıxışı ilə necə ola bilərdi ki, maraqlanmayım. Hər tur barədə məlumatım var idi.
- “Xəzər Lənkəran” əzəli rəqibi “Neftçi”yə böyük hesabla məğlub oldu. Özünüzü bu məğlubiyyətə görə günahkar sayırsınızmı?
- Uzaqda olsam da, bu məğlubiyyətə görə çox üzüldüm. Azarkeşlərimiz, klub rəhbərliyi adına acı nəticə idi. Lakin həyat davam edir. Futbolda belə hallar baş verir. Düşünürəm ki, başımızı dik tutmalıyıq. Sabah bizdə eyni hesabla qələbə qazana bilərik.
- Komandada məşqçi dəyişikliyi baş verib. Bunu necə qarşılayırsınız? Redniklə Cüneyt Biçər arasında hansı fərqlilik varmı?
- Hələ toplanış yeni başlayıb. İndidən nəyi isə qeyd etmək, fərqlilik var demək düzgün olmaz. Hər şey qabaqdadır. Nəticələr nəyin doğru olduğunu göstərəcək.
- Rednik haqqında nə düşünürsünüz? Rumın çalışdırıcı necə mütəxəssis idi?
- Mən çıxış etdiyim klublarda hər məşqçidən nə isə öyrənmişəm. Mirça Rednik də güclü mütəxəssis idi. Futbolun öz qanunları var. Hər klubda belə dəyişiklik olur. Baxmayaraq ki, məni Rednik gətirmişdi, əgər özü istefa veribsə, mənim nə isə deməyim düzgün olmazdı.
İxtiyar ƏSGƏROV
ANTALYA

0
0