Andersen komandamızı təriflədi
20.01.2012 - 03:33
“İnter”lə yoldaşlıq matçından (3:1) sonra “Karlsrue”nin baş məşqçisi Yorn Andersen oyun barədə fikirlərini bölüşüb. Apasport.az saytının xəbərinə görə, Andersen görüşlə bağlı bunları deyib:
"Biz artıq iki həftədir buradayıq və Antalyada olduğumuz müddətdə bir neçə yoldaşlıq qarşılaşması keçirmişik.“İnter” isə ilk yoxlama görüşünə çıxmışdı. Oyun barədə onu deyə bilərəm ki, matç yoldaşlıq xarakteri daşımasına baxmayaraq, maraqlı mübarizə şəraitində keçdi və bəzi məqamlarda biz, digərlərindəsə rəqib komanda üstün oldu. Onu qeyd etmək istəyirəm ki, dostum Kaxaber yaxşı komanda yaradıb və “İnter”ə uğurlar arzulayıram".

0
0