3 futbolçu “Xəzər Lənkəran”dan ayrıldı
20.01.2012 - 19:41
Yanvarın 16-dan Antalyada toplanışa başlayan “Xəzər Lənkəran” klubunun düşərgəsini 3 futbolçu tərk edib. Apasport.az saytının xəbərinə görə, qapıçı Orxan Sadıqlı, müdafiəçi Zahid Quliyev və yarımmüdafiəçi Şəhriyar Xəlilov milli komandanın heyətinə cəlb olunublar.
Bu gündən Antalya hazırlıqlarına start verən yığmamız 3 yoldaşlıq oyunu keçirəcək. Futbolçularımız yanvarın 23-də macarıstanlı həmyaşıdları ilə oynayacaqlar. 3 gün sonra rəqib bu ölkənin “Ferentsvaroş”, yanvarın 28-də isə Norveçin “Fredrikstad” klubu olacaq.

0
0