Aftandil Hacıyev: Bəziləri monopoliya yaradıblar - MÜSAHİBƏ
21.01.2012 - 00:41
Azərbaycan yığmasının sabiq müdafiəçisi Aftandil Hacıyevin apasport.az saytına müsahibəsi
- “Turan”dan ayrıldıqdan sonra bir neçə klubla danışıq aparsanız da, hazırda heç birinin düşərgəsində deyilsiniz. Nə baş verir?
- Açığı özüm də əlacsız qalmışam. Düzdür, bir neçə klubla danışıq aparırdım. Amma müəyyən səbəblərdən keçidim alınmadı. Əslində, hazırda da iki variant qalıb, amma qeyri-realdır. O ki, qaldı “Bank Asiya” məsələsinə hərə bir “mız” qoydu.
- Nə mənada?
- Məsələn, mən onlara 15 manat qiymət demişdim. Amma zəng vurub, maraqlanmışdılar. Demişdilər ki, bizdən bu qədər pul istəyib. Zəng vurulan adam isə deyib ki, mən həmin futbolçunu aylıq məvacibi 10 manata gətirərəm. Odur ki, bu məsələ də qapandı.
- Vaxtilə ölkənin iddialı klublarında oynamısınız. Amma indi sizə nədənsə maraq yoxdur?
- Özümə də maraqlıdır. Ümumiyyətlə, gəl belə danışaq. Bəziləri Azərbaycan futbolunda monopoliya yaradıblar. Elə bilirlər ki, 1-2 nəfərdən başqa adamın məsləhət gördüyü futbolçu deyil. Vallah, peşəkarlıq yoxdur. Hamı deyir ki, peşəkarlaşmışıq, biz qərarları buna söykənib qəbul edirik. Amma Azərbaycan futbolu 20 il öncə necə idisə, indi də elə qalıb. Təəssüf ki, klublarımızda peşəkarların sayı olduqca azdır. Elə bilirlər ki, futbolçunun 30 yaşı oldu, vəssalam. Düzdür, futbola dövlət səviyyəsində qayğı var, amma bəzi klublarımız kimi, digərləri də buna dəstək verməlidirlər. Ümumiyyətlə, Azərbaycanda şəxsi biznes qurmaq da çətinləşib.
- Yuxarıda “futbolçu məsləhət görmək” məsələsinə toxundunuz. Vaxtilə bildirirdiniz ki, bizə menecerlər lazımdır. Belə çıxır ki, indi menecerlərin olması indi işinizə pis təsir edir?
- Yaxşı məsələyə toxundunuz. Bu gün Azərbaycanda yerindən duran menecerlik edir. Kimi dindirirsən, deyir menecerəm. Sual verirsən ki, kimi aparmısan, kimi gətirmisən, deyir, İnşallah yaxın gələcəkdə olacaq. Menecer dediyin şəxs təkcə ölkədə deyil, həm də ölkədən kənarda tanınmalıdır. İndi Azərbaycanda elə biri yoxdur ki, onu Avropadakılarla müqayisə edəsən. Boş-boş işlərlə məşğuldurlar.
- Vəziyyət belə davam etsə, nə etmək fikriniz var?
- Əlbəttə ki, indiki vəziyyət elə də ürəkaçan deyil. Amma yenə də ümidimi üzmürəm.
- Sizin vəziyyətinizlə üzləşən futbolçular, yaşıdlarınız artıq karyeraların bitiriblər. Misal üçün Zaur Tağızadə, Samir Əliyev, Ramin Quliyevin adını çəkmək olar. Bəlkə getmək məsələsini götür-qoy edəsiniz?
- Düzü, mən onların gediş səbəbini bilmirəm. Əgər belə bir yaşda gediblərsə, deməli, arada nəsə problem olub. Yəqin, “day-day”ları olmayıb. Mən isə getməyi düşünmürəm. Çünki yaşım elə də çox deyil. 31 yaşında futboldan getməklə bağlı düşünmək... Özümdə güc, qüvvət hiss edirəm. Heç kimdən zəif deyiləm.
- Bəlkə vaxtilə bir yerdə oynadığınız, hazırda isə klublarda məşqçi və ya baş məşqçi kimi çalışanlardan kömək istəyəsiniz...
- Yox, o sifət məndə yoxdur. O qabiliyyətin sahibi deyiləm. Bunu eləmək üçün nə bilim nə olasan.
- Artıq bir müddətdir ki, komanda ilə məşq etmirsiniz. Hazırlıq vəziyyətiniz, fiziki durumunuz nə yerədir?
- Düzdür, komanda ilə məşq etməyin nəticəsi tam başqa olur. Amma nə edək ki, komanda yoxdur? Buna baxmayaraq, boşda olan futbolçularla bir araya gəlib, məşqlərimizi davam etdiririk. Şansımızı, günümüzü gözləyirik.
- Adətən futbolçu oynamayanda gəliri azalır, borca düşür. Siz bu günü görüb, əvvəlcədən tədarük görmüsünüz?
- Futboldan qazandıqlarımızı ora-bura xərcləməmişik. Şəxsi biznesim var. Bunun hesabına ailəmi dolandırıram.
- Kənardan baxanda keçmiş klublarınız olmuş “Neftçi” və “Qarabağ” necə görünür?
- Bu iki komanda həmişə üst pillələrdə olublar. İndi də digərlərindən fərqlənməyə, yaxşı futbol oynamağa çalışırlar.
- Razılaşaq ki, sizin kənarda qalmağınızın əsas səbəblərindən biri də legioner axınıdır. Belə bir fikir səslənir ki, əcnəbi az olanda yerlilər qiymətlərini qaldırırlar. Bu fikirlə razısınız?
- Düzü, yerli futbolçuların qazanmasının əleyhinə deyiləm. Amma legioner yoxdur deyə, pul artırmaq da düzgün deyil. Belə götürəndə isə hərənin öz qisməti var. Biz oturub legionerlərin pulunu saymırıq ki.... Elə futbolçu gəlməlidir ki, ona baxıb nəsə öyrənək. Elə tanınmış da gəlib ehtiyatda oturur.

0
0