Syerra-Leone yığmasının oyunçusu Azərbaycanda!
21.01.2012 - 00:47
Syerra-Leone yığmasının oyunçusu Azərbaycanda!
“Rəvan” transfer işlərini sürətləndirib. Apasport.az saytının məlumatına görə, Vüsal Qarayevlə münasibətləri rəsmiləşdirən debütant daha 3 futbolçunu baxışa dəvət edib.

Baş məşqçisi Vladislav Qədirov əsasən hücumçu axtarışında idi ki, məhz onun istəyinə uyğun 3 ön xətt oyunçusu dəvət olunub.

Bunlardan biri İsveç, ikincisi Makedoniya, digəri isə Syerra-Leone təmsilçisidir. Sonuncunun milli komandasında oynadığı məlum olsa da, onların adları hələ açıqlanmır. Bir o dəqiqdir ki, Qədirov bu 3 futbolçudan yalnız birini heyətdə saxlayacaq.