“Xəzər Lənkəran” qələbə ilə başladı - YENİLƏNİB
21.01.2012 - 21:54
Yanvarın 16-dan Antalyada təlim-məşq toplanışına başlayan “Xəzər Lənkəran” bu gün ilk yoxlama matçına çıxıb. Apasport.az saytının xəbərinə görə, cənub təmsilçisi Türkmənistan millisi ilə qarşılaşıb.
Bakı vaxtı ilə saat 20:00-da başlayan oyun “ağ-yaşıllar”ın qələbəsi ilə yekunlaşıb.
Belə ki, ilk hissədə Mureşan və Domanın vurduğu qollardan sonra rəqib fərqi azaltsa da, qarşılaşmada son nöqtəni ikinci hissənin sonlarında meydana çıxan türkmənistanlı legioner Elman Talqayev qoyub – 3:1
“Xəzər Lənkəran” - Türkmənistan - 3:1
Qollar: Mureşan, 5; Doman, 23; Talqayev, 90 – Çonkayev.
“Arkadia” otelinin meydançası
“Xəzər Lənkəran” - Kamran Ağayev, Eder Bonfim, Elnur Allahverdiyev, Elvin Beçiri, Adrian Pit, Andrey Mureşan, Rahid Əmirquliyev, Elnur Abdullayev, Katalin Doman, Antonio Semedo, Branimir Subaşiç.
İkinci hissədə meydana çıxanlar – Kamal Bayramov, Alim Qurbanov, Elman Talqayev, Rikardo Qomeş, Akif Tağıyev, Fikrət Ulduzlu, Kamran Abdullazadə.
Oyun başlandı.
5-ci dəq. Subaşiçi cərimə meydançasında yıxırlar. Mureşan penaltidən hesabı açır. “Xəzər Lənkəran” 1:0 hesabı ilə irəlidədir.
23-cü dəq. Doman komandamızın üstünlüyünü 2 topa çatdırır.
78-ci dəq. Türkmənistan futbolçuları fərqi azaldırlar. Çonkayevin vurduğu zərbə dəqiq alınır - 2:1
90-cı dəq. “Xəzər Lənkəran”da baxışda olan türkmənistanlı Elman Taqayev ilk oyunundaca özünü göstərir. O, öz ölkəsinin yığmasını cəzalandıraraq, yenidən hesab arasındakı fərqi 2 topa çatdırır.
Görüş başa çatdı.
Qeyd edək ki, “Xəzər Lənkəran” növbəti oyununu yanvarın 24-də keçirəcək. Rəqib isə Albaniyanın “Teuta” klubu olacaq.

0
0