“Volqa” Vaqif Cavadovu “Xəzər Lənkəran”a lazım olmayan futbolçu ilə əvəzləyir
21.01.2012 - 11:24
“Volqa” Vaqif Cavadovu “Xəzər Lənkəran”a lazım olmayan futbolçu ilə əvəzləyir
“Xəzər Lənkəran”ın sabiq futbolçusu Denis Kalinkovun karyerasını Rusiya Premyer Liqasında davam etdirmək variantı çıxıb. Apasport.az saytının məlumatına görə, “Volqa” klubu 26 yaşlı moldovalı hücumçunu baxışdan keçirir. Kalinkov hazırda Nijni-Novqorod təmsilçisi ilə Antalyada təlim-məşq toplanışındadır və “Zarya” ilə 1:1 hesabı ilə nəticələnən yoxlama oyununda iştirak edib.

“Volqa” azərbaycanlı hücumçu Vaqif Cavadovla yaxında yollarını ayırandan sonra ön xətdə onu Premyer Liqamızda rəqib kimi görüşdüyü Kalinkovla əvəzləməyi götür-qoy edir. Denisin sonuncu klubu vətənində “MOİK-Rapid” olub. O, ötən ilin 2-ci yarısını klubsuz keçirib.

Qeyd edək ki, Kalinkov 2009/10 mövsümündə “Xəzər Lənkəran”da oynayıb. Yığmasının da üzvü olan futbolçu həmin mövsümdən sonra cənub klubuna lazım olmayaraq, kənarlaşdırıldı.