Lionel Messi dünyada ən populyar futbolçu deyilmiş
21.01.2012 - 12:11
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası ötən il konfederasiyalar üzrə dünyanın ən populyar futbolçularının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 977 mindən çox azarkeşin iştirak etdiyi sorğunun yekununa əsasən mərakeşli Nadir Lamyaqri (55113 səs) Afrikanın, səudiyyə ərəbistanlı Əl-Kahtani (17460) Asiyanın, meksikalı Xavyer Ernandes (4059) CONCACAF-ın, avstraliyalı Harri Kyuell (141), çilili Eduardo Vaqras (58129) Cənubi Amerikanın, italiyalı Françesko Totti (4587) Avropada məşhurluğuna görə 1-ci olub. Madrid “Atletiko”sunun və Türkiyə yığmasının futbolçusu Arda Turan 1153 səslə qitəmizdə 5-ci yeri tutub.
Konfederasiyalar üzrə səsvermələri yekunlaşdırsaq, ötən ilin dekabrında İtaliyanın “Napoli” klubuna keçən Varqas 2011-ci ildə dünyanın ən populyar futbolçusu olub. Maraqlıdır ki, ilk üçlükdə Avropanın heç bir təmsilçisi, dünyanın ən güclü futbolçuları yoxdur. Dünyanın ən bahalı futbolçusu olan Madrid “Real”ının portuqaliyalı hücumçusu Kriştianu Ronaldo 4094 səslə Avropada 3-cü olubsa, son 3 ildə planetin ən güclü futbolçusu seçilən Lionel Messi ondan da az səs toplayıb - 3760. Bununla da Cənubi Amerikada 2-ci olan “Barselona”nın argentinalı hücumçusu lider Varqasdan dəfələrlə az səs qazanıb.

0
0