Fariz Yusifov qalmaqala münasibət bildirdi
21.01.2012 - 12:25
“Biz matçdan əvvəl oyunun formatını komandaların nümayəndələri ilə müzakirə etdik. Dəyişiklərə məhdudiyyət qoyulmamağı ilə bağlı məsələ komandalar tərəfindən müsbət həll olundu, ancaq geriyə əvəzetmənin mümkünlüyü ümumiyyətlə müzakirə olunmadı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri azərbaycanlı FİFA hakimi Fariz Yusifov deyib. Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində Rusiyanın “Krılya Sovetov” və İsveçrənin “Tyun” klubları arasında yoxlama oyununu idarə edən təcrübəli referimizin qərarı matçın başa çatdırılmamağı ilə nəticələnib. Belə ki, Yusifov 80-ci dəqiqədə Samara klubunun futbolçusu Roman Vorobyovun yerinə Roman Qriqoryanın daxil olmağına icazə verməyib. O, bunu Qriqoryanın ilk hissədə oynamağı, geriyə əvəzetmələrin isə FİFA qaydalarına zidd olmağı ilə izah edib. Nəticədə rusların baş məşqçisi Andrey Kobelev komandanı meydandan çıxarıb.
Yusifov Rusiya mətbuatına açıqlamasında qərarının düzgün olduğunu bildirib: “UEFA-nın normalarına görə geriyə əvəzetmə ya tərəflər arasında əvvəlcədən razılaşdırılmalıdır, ya da qeyri-mümkündür. Biz bu matçı qonorara görə idarə etmədik. İndi AFFA-nın hakimlərinin Antalyada təlim-məşq toplanışıdır. Bununla biz də sınanırıq və qiymət alırıq”.

0
0