Əvvəlcə Azərbaycan, sonra Ermənistan yığması
21.01.2012 - 13:54
Əvvəlcə Azərbaycan, sonra Ermənistan yığması
Belarus milli komandası bu il bütün yoldaşlıq görüşlərini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Georgi Kondratyevin baş məşqçisi olduğu yığma yayda həm Azərbaycan, həm də Ermənistan millisi ilə qüvvəsini sınayacaq. Yığmamızı iyunun 5-də Minskdə qəbul edəcək belaruslular avqustun 15-də İrəvanda bədnam qonşularımızla görüşə çıxacaq. Bunlar FİFA-nın təqvimində nəzərdə tutulan, növbəti seçmə mərhələ öncəsi son sınaq oyunlarıdır.

Belarus yığması bu il ilk oyununu isə fevralın 28-də Moldova ilə keçirəcək. Bu matç Türkiyənin Antalya şəhərində baş tutacaq. Göründüyü kimi, bu ilə rəqib kimi postsovet məkanı təmsilçilərini seçən belaruslular öz meydanında yalnız bizimlə oynayacaq.

Qeyd edək ki, millimizin bu il hələ ki 2 oyunu dəqiqləşib. Berti Foqtsun baş məşqçisi olduğu yığmamız Dubaydakı təlim-məşq toplanışı çərçivəsində fevralın 29-da Fələstin millisi ilə yoldaşlıq görüşü keçirəcək.