“Qarabağ” Qazaxıstan klubuna uduzdu - YENİLƏNİB
21.01.2012 - 20:53
“Qarabağ” Qazaxıstan klubuna uduzdu - YENİLƏNİB
“Qarabağ” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Antalyaya yanvarın 15-də yollanan ağdamlıların ilk rəqibi Qazaxıstanın “Taraz” klubu olub.

Təəssüf ki, Qurban Qurbanovun yetirmələri bu sınaqdan məğlubiyyətlə ayrılıblar. Rəqibin 8-ci dəqiqədə vurduğu qol matçda yeganə olub.


“Qarabağ” - “Taraz” - 0:1

Oyuna “Qarabağ” başladı
5 dəq. İlk dəqiqələrdə kəşfiyyat gedir
8 dəq. Müdafiəçilərimizin səhvindən sonra qazaxlar hesabı açırlar. Adamoviç fərqlənir
11-ci dəq. Əfranın zərbəsi müdafiəçilərə dəyərək qapıçıda qalır
14-cü dəq. Əfran daha bir reyd edir, son anda topu uzaqlaşdırırlar
16-cı dəq. Əfran sarı vərəqə alır
19-cu dəq. Sadiqovun zərbəsi zəif alınır
24-cü dəq. Rauf da qapını yoxlayır
26-cı dəq. Real qol şansı. Amma Adamiyanın yaxın məsafədən zərbəsini qolkiper dəf edir
29-cu dəq. Rauf ofsayda düşür
31-ci dəq. Ansinin uzaqdan zərbəsi dəqiq olmur
37-ci dəq. Oyunda temp bir qədər yüksəlsə də, qapılara zərbə yoxdur
44-cü dəq. Daha bir real qol şansı. Rauf qapıçıyla təkbətək çıxsa da, zərbəsini qolkiper dəf edir
45-cı dəq. İlk yarı başa çatdı.

2-ci hissəyə komandamız fərqli heyətlə çıxır: Bojan, Emin, Qara, Kamil, İlqar, Nedzipi, Juqoviç, Coubani, Vüqar, Bəxtiyar
49-cu dəq. Diakotenin zərbəsi qapıdan aralı keçir
54-cü dəq. Daha bir qol şansı. Vüqar qapıçıyla üzbəüz qalsa da, zərbəsi dirəyin yanından keçir
64-cü dəq. Emin sarı vərəqə alır
68-ci dəq. Qazaxlar 2 dəfə qapını uzaqdan yoxlsalar da Bojan hər 2 epizodda dəqiq oynayır
78–ci dəq. Oyun daha çox mərkəzdə gedir
83-ci dəq. Coubaninin başla zərbəsinə qolkper əla reaksiya göstərdi
90–cı dəq. Oyun başa çatdı

“Qarabağ” (start heyəti): Fərhad, Ansi, Maksim, Zaur, Teli, Namiq, Sadiqov, Rekiş, Əfran, Adamiya, Rauf.

Qeyd edək ki, “Taraz” ötən mövsümü 8-ci yerdə başa vurub.