Mureşan qayıtdı, Svetkov da “Xəzər Lənkəran”ı istəyir
21.01.2012 - 14:34
Antalyada təlim-məşq toplantısını davam etdirən “Xəzər Lənkəran” klubunun düşərgəsinə daha bir futbolçu qatılıb. Apasport.az saytının xəbərinə görə, viza problemi ucbatından Lənkərandan vətəni Rumıniyaya yollanan Andrey Mureşan artıq “ağ-yaşıllar”la birgədir.
Daha bir rumıniyalı müdafiəçi Manuel Skarlatake də artıq Antalyadadır. Amma futbolçu “Xəzər Lənkəran”la yox, hazırda çıxış etdiyi Buxarest “Dinamos”sunun heyətindədir. Manuel cənub təmsilçisində oynamaq istədiyindən, çox güman komandalar arasında danışıqlar aparılacaq.
Skarlatake ilə yanaşı, “Xəzər Lənkəran” da bir futbolçusunu heyətinə qata bilər. Belə ki, hazırda Sofiyanın “Levski” klubunun şərəfini qoruyan bolqarıstanlı hücumçu İvan Svetkov yenidən “ağ-yaşıl” formanı geyinmək istəyir. Amma “Levski” rəhbərliyi onun transferi üçün böyük məbləğ tələb edirlər.

0
0