“Neftçi” yenə qələbə qazana bilmədi - YENİLƏNİB
21.01.2012 - 20:50
Bu gün “Neftçi” Antalyadakı təlim-məşq toplanışında 2-ci yoldaşlıq görüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, son və qış çempionumuz Qazaxıstanın ən titullu klublarından olan “Aktobe” ilə gücünü yoxlayıb.
Axırıncı 2 mövsümə qədər ölkəsində çempionluğu sıralayan və Superliqanı ötən mövsüm 4-cü yerdə bitirən “Aktobe” ilə matç “Mardan” stadionunun ehtiyat meydançasında baş tutub. Oyunda hesabı “Neftçi” açsa da, bu üstünlüyünü qoruya bilməyib. Qarşılaşma “sülh”lə hesabı ilə başa çatıb.
“Neftçi” - “Aktobe” - 1:1
Oyun başlandı:
5-ci dəq: İlk dəqiqələrdən “Neftçi” topa daha çox nəzarət edir
7-ci dəq: Flavinyonun zərbəsindən sonra top qapı dirəyinin yanından keçdi
9-cu dəq: Denis Silvanın başla zərbəsi təhlükəli alındı
18-ci dəq. Rəşad Abdullayevin zərbəsindən sonra rəqib qapıçı komandasını real qoldan xilas etdi
23-cü dəq. Bu dəfə Fərid Quliyevin başla zərbəsindən sonra rəqib müdafiəçi topu boş qapıdan çıxardı
QOOOOOOOLLLL
26-cı dəq. Qapıçı ilə təkbətək çıxan Rəşad Abdullayev Sidelnikovu da aldatdıqdan sonra topu boş qapıya göndərdi - 1:0. “Neftçi” hesabda irəlidədir
32-ci dəq. Rəqibin nadir hücumlarından biri zamanı flaqmanın müdafiəçiləri təhlükəni sovuşdurdu.
Matçın ilk hissəsi başa çatdı. “Neftçi” fasiləyə 1-0 hesablı üstünlüklə yollanır
İkinci hissə başladı...
“Neftçi”nin heyətində dəyişiklik edildi. Oyuna Saşa Stamenkoviç və gənc Kənan Manaflı daxil oldu
55-ci dəq. İkinci hissədə ilk təhlükə qazaxlardan gəldi. Amma bu epizodda Saşa Stamenkoviç sayıq oynadı
57-ci dəq. Oyuna Cavid İmamverdiyev daxil olur
60-cı dəq. Rəşad Abdullayev dubl edə bilərdi. Məhz onun zərbəsindən sonra top qapı tirinin azacıq üstündən keçdi
68-ci dəq. Oyuna Emin Mehdiyev daxil olur
73-cü dəq. "Aktobe" klubu hesabı bərabərləşdirir- 1:1
80-cı dəq. Cavid Hüseynov oyuna daxil olur
82-ci dəq. Cavid İmamverdiyevin zərbəsini rəqib qapıçı dəf edir
84-cü dəq. Bahodir Nasimov qol vurmağa yaxın oldu. Amma bu dəfə də rəqib qapıçı komandasını xilas etdi
Matç başa çatdı.
“Neftçi” (start heyəti): Rauf Mehdiyev, Rail Məlikov, Elvin Yunuszadə, İqor Mitreski, Ruslan Əmircanov, Denis Silva, Mirhüseyn Seyidov, Slavço Georgiyevski, Rəşad Abdullayev, Flavinyo, Fərid Quliyev.
“Aktobe” (start heyəti): Sidelnikov, Smakov, Klimyavicyus, Laqvinenko, Kostiç, Yevstiqneyev,Maletin,Vukoylovic, Conson, Xayrulin,Miller.
Qeyd edək ki, “Neftçi” ilk sınaq matçında Drezdenin “Dinamo” klubuna 0:1 hesabı ilə uduzmuşdu.

0
0