Azərbaycan yığması - 16 il sonra eyni ölkədə, fərqli şəhərdə
21.01.2012 - 15:15
Azərbaycan milli komandası bu il yoldaşlıq oyunlarında müəyyənləşdirdiyi rəqiblərlə seçmə mərhələdə görüşməyib. Apasport.az saytının məlumatına görə, fevralın 29-da Dubayda rəqibimiz olacaq Fələstin yığması Asiya Futbol Konfederasiyasının üzvüdürsə, iyunun 5-də Minskdə oynayacağımız Belarus millisi bizim kimi UEFA bayrağı altında keçirilən yarışda iştirak edir. Sadəcə, onunla 1994-cü ildən bu yana nə dünya, nə də Avropa seçmə mərhələsində bir qrupa düşmüşük.
Ancaq buna baxmayaraq, Belarus yığması də millimizin 20 illik tarixində rəqibi olub. Həmin yeganə oyun də Belarusda yoldaşlıq görüşü çərçivəsində idi. Söhbət 1996-cı ilin mayın 27-də Molodeçno şəhərində 2:2 hesabı ilə nəticələnən matçdan gedir. Onda yığmamızı Kazbek Tuayev, rəqibi Sergey Borovski çalışdırırdı. Göründüyü kimi, millimiz 16 il sonra yenə eyni ölkədə, sadəcə, bu dəfə fərqli şəhərdə meydana çıxacaq.
Qeyd edək, Belarus yığması ev oyunlarını Minskdə 34020 azarkeş tutumu olan “Dinamo” stadionunda keçirir. “Minsk” klubunun ev oyunlarını keçirdiyi həmin arenada ötən ilin iyulunda oyunumuz olub. Bu, AZAL Avroliqanın I təsnifat mərhələsində minsklilərlə cavab matçı idi. 2:1 hesabı ilə qalib gələn meydan sahibləri komandamızı mübarizədən kənarlaşırdı.
Mehman SÜLEYMANOV

0
0