Bizi qabaqlayan, Fransanı susduran rəqib
21.01.2012 - 16:12
Azərbaycan milli komandasının iyunun 5-də qonağı olacağı Belarus yığması FİFA-nın reytinqində bizi xeyli qabaqlayır. Apasport.az saytının məlumatına görə, rəqibimiz bu ilin ilk reytinqdə 65-ci pillədə qərarlaşıbsa, yığmamız 111-ci yerdə gedir. Millimiz FİFA-nın reytinqində ən yüksək göstəricisi hazırkı almaniyalı baş məşqçisi Berti Foqtsun vaxtında olubsa (90-cı yer), belaruslular 2011-ci ilin fevralında 36-cı pilləyə kimi yüksələ bilib.
Ümumiyyətlə, bu ölkənin futbol federasiyasının yaranmağı, FİFA və UEFA-ya üzvlüyü də bizdən qabaqda olub. Belə ki, Belarus Futbol Federasiyasının (BFF) əsası 1989-cu ilin dekabrın 22-də qoyulubsa, AFFA-nın yaranma tarixi 1992-ci ilin martın 26-dır. AFFA 1994-cü ildən FİFA və UEFA-nın üzvü olduqdan sonra millimiz seçmə mərhələlərdə iştirak etməyə başladı. Belarus yığması da həmin vaxtdan rəsmi oyunlarda iştirak etsə də, BFF 1992-ci ildə FİFA-nın, 1 il sonra UEFA-nın üzvü olub.
Ancaq seçmə mərhələlərdə çıxışdan söhbət gedirsə, taleyimiz demək olar oxşardır. Yəni hər ikimiz arxada qalan 18 ildə nəinki final mərhələsində, heç pley-off oyunlarının iştirakçısı olmayıb. Düzdür, Belarus yığması millimizdən fərqli bir dəfə buna 1 dəfə çox yaxın olub. Belə ki, rəqibimizin DÇ-2002-nin seçmə mərhələsinin son turunda Uels yığmasına məğlubiyyəti onun qrupda 2-ci, özünün isə 3-cü olmağı nəticələnib. Millimiz kimi əksər vaxt qrupda sonuncu, ondan əvvəlki pilləni tutan belaruslular tarixində 2 dəfə Hollandiya kimi güclü yığmaya rəsmi oyunda qalib gəlməyi ilə öyünə bilər.
Belarus millisinin tarixində ən uğurlu çıxışı ötən seçmə mərhələdə olub. Komanda 13 xalla qrupda 4-cü yer tutub ki, burada əsas diqqəti çəkən məqam lider kimi final mərhələsinə çıxan Fransa yığmasının ona qalib gələ bilməməyi oldu. Rəqib dünya və Avropa çempionundan 4 xal götürməyi bacardı. Komandaların elə startda – 2010-cu ulun sentyabrın 3-də Parisdə məşhur “Stad de Frans”da oyununun nəticəsi (1:0) Avropada əsl sensasiyaya səbəb oldu. Belə ki, belaruslular 86-cı dəqiqədə vurduğu qələbə topu ilə bütün Fransanı susdurdu. 2011-ci ilin iyunun 3-də Minskdə görüş isə 1:1 hesabı ilə yekunlaşdı. Ancaq belə üstünlükdən yararlana bilməyən Belarus digər rəqiblərlə oyunlarda lazımı nəticə qazana bilməyərək, qrupda yalnız 4-cü oldu.
Bundan sonra millidə baş məşqçi dəyişikliyi oldu. Belə ki, Belarus yığmasına 2007-ci ilin iyulun 30-dan rəhbərlik edən almaniyalı Benrd Ştanqe ilə yollar ayrıldı. Bu, ötən ilin noyabrın 30-da reallaşdı və cəmi 8 gün sonra yeni təyinat reallaşdı. Belə ki, Belarusun 21 yaşlılardan ibarət yığmasını ötən il Avropa çempionatının bürünc mükafatını qazandıran Georgi Kondratyev milliyə gətirildi. Minsk “Dinamo”sunda çıxışı ilə tanınan ötənlərin məşhur hücumçusu final mərhələsində U-21-mizlə bir qrupda mübarizə apararaq, həm Bakıda, həm də Minskdə qalib gələrək, çıxdı.
Rəqibimizin kapitanı “Zenit”in ehtiyat qapıçısı Yuri Jevnov, ən çox oyun keçirən 98 matçda meydana çıxan yarımmüdafiəçi Aleksandr Kulçidir. Onun oyunlarından biri millimizlə yeganə görüşlərinə - 16 il öncə Belarusda 2:2 hesabı ilə nəticələnən yoldaşlıq matçına təsadüf edir. 39 yaşlı yarımmüdafiəçi hazırda da yığmaya çağırılırsa, millinin 20 qolla bombardiri olan Maksim Romaşenko daha dəvət almır. Belarus yığmasının tarixində 5-ci bombardiri olan Valentin Belkeviç isə futbolçu karyerasını məhz ölkəmizdə bitirib. 2008/09 mövsümünün ilk yarısında “İnter”də çıxışından sonra vətəninə dönərək, yaşıl meydanda çıxışını başa vuran, hazırda Kiyev “Dinamo”sunda məşqçi çalışan 39 yaşlı veteran futbolçu millidə 10 qol vurub. Belarus yığmasında ən məşhur futbolçu isə vaxtilə “Barselona”nın heyətində keçirdiyi 1 mövsümdə xeyli titullar qazanan, hazırda isə özünə klub tapmaqda çətinlik çəkən 31 yaşlı yarımmüdafiəçi Aleksandr Qlebdir.
Mehman SÜLEYMANOV

0
0