“Bakı” paytaxta qayıdıb, Antalyaya növbəti səfərə hazırlaşır
21.01.2012 - 17:20
“Bakı” paytaxta qayıdıb, Antalyaya növbəti səfərə hazırlaşır
"Bakı"nın qış fasiləsində nəzərdə tutduğu hazırlıq prosesinin ilk mərhələsi başa çatıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Antalyada təşkil olunan ilk təlim-məşq toplanışını yekunlaşdıran “zolaqlılar” dünən axşam saatlarında paytaxta dönüb. 2 günlük istirahət verilən komanda gələn həftənin bazar ertəsi bir araya gələrək, həmin gün yenidən Türkiyəyə yollanacaq.

Hazırlıqların ikinci hissəsi yenə də Antalyada baş tutacaq. Ancaq bu dəfə otel fərqli – “Maks Royal” olacaq. Fevralın 5-dək davam edəcək arasında 2-ci toplanışda 3 yoldaşlıq görüşü keçiriləcək. Artıq rəqiblər və oyun günləri dəqiqləşib. Belə ki, “Bakı” yanvarın 26-da Rumıniyanın "Panduri", fevralın 1-də Belarusun "Dinamo" (Minsk), 4-də Slovakiyanın “Koşitse” klubları ilə yoxlama oyunları keçiriləcək.

Qeyd edək ki, “Bakı” Antalyada ilk hazırlıq prosesində Hollandiyanın “AZ Alkmaar” klubuna 1:5, Almaniyanın “İnqolştadt” klubuna 0:4 hesabı ilə uduzub.