Denis Silva: “Aktobe” ilə oyunda nəticə o qədər önəmli deyil
21.01.2012 - 17:43
Denis Silva: “Aktobe” ilə oyunda nəticə o qədər önəmli deyil
"Neftçi"nin braziliyalı futbolçusu Denis Silva Qazaxıstanın "Aktobe" klubu ilə bugünkü oyunda nəticəni vacib saymır. Apasport.az-ın məlumatına görə, müdafiəçi klubunun rəsmi saytına açıqlamasında yoxlama matçında əsas məqsədlərini açıqlayıb. Silvanın fikrincə, belə oyunlarda nəticədən daha önəmli şeylər var: "Məşqlərimizi davam etdiririk. Bu gün ikinci yoxlama matçını keçirəcəyik. Fiziki hazırlıq səviyyəmiz belə oyunlarda bilinir. Nəticə o qədər önəmli deyil. Vacib olan gözəl və məzmunlu oyun nümayiş etdirməkdir".