“Neftçi”nin legioneri: Məşqlərə ara verməyə məcburam
21.01.2012 - 17:51
“Neftçi”nin legioneri Alessandro Vyana da Silva hazırlıqdan kənarda qalıb. Apasport.az saytının məlumatına görə, braziliyalı sol cinah müdafiəçisi zədə problemi ilə üzləşib. Alessandro klubun rəsmi saytına açıqlamasında tez sağalıb, yenidən məşqlərdə iştirak etmək istədiyini söyləyib: "Hazırda zədəli olduğum üçün məşqlərə ara verməyə məcburam. Amma yaxın günlərdə bərpa müddətini başa vurub, yenidən hazırlıqlara qoşulacağam. Çünki təlimlərin bu dövrü çox əhəmiyyətlidir".
0
0