Millimizin futbolçusu Superliqada qol vurdu
22.01.2012 - 00:00
Millimizin futbolçusu Superliqada qol vurdu
Türkiyə Superliqasının XXI turu çərçivəsində növbəti görüşlər keçirilib. Apasport.az saytının xəbərinə görə, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” səfərdə “Bursaspor”la qarşılaşıb.

Cihan komandasının 2:1 hesablı qələbə qazandığı matçda meydana 81-ci dəqiqədə çıxıb. Oyunun sonlarında isə Özkara penaltidən vurduğu qolla, sivaslılara qələbə qazandırıb.

Bu qələbədən sonra “Sivasspor” 34 xalla turnir cədvəlinin 4-cü pilləsinə qalxıb.