“Qəbələ”, yoxsa “Atırau”?
22.01.2012 - 00:07
“Qəbələ”, yoxsa “Atırau”?
Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ” 2 məşqlə təlim-məşq toplanışının ikinci gününü yekunlaşdırıb. Apasport.az saytının xəbərinə görə, komanda günün ilk yarısında əsasən uzaqdan qapıya zərbələr üzərində çalışıb. Günə toplu çalışmalar və ikitərəfli oyunla yekun vurulub. Məşqlərdə Abdulkader Kamara və Rövşən Əmiraslanov zədələri tam bərpa olunmadığı üçün komandadan ayrı çalışıblar.

Bu gün isə “Qəbələ” Antalyada ilk yoxlama oyununda gücünü sınayacaq. Qazaxıstan “Atırau”suna qarşı keçiriləcək matç Bakı vaxtı ilə 19:00-da baş tutacaq. Matçda Abdulkader Kamara və Rövşən Əmiraslanovdan başqa bütün futbolçuların forma geyinməsi gözlənilir.