Fatih Kavlak: Daha güclü rəqiblərlə qarşılaşacağıq
22.01.2012 - 00:08
“Hazırlıq prosesi istədiyimiz səviyyədə, tempdə gedir. Məşqlərimiz maraqlı keçir. Futbolçuların fiziki gücü günbəgün artır”. Apasport.az saytının xəbərinə görə, bunu “Qəbələ” klubunun baş məşqçisi Fatih Kavlak deyib.
Antalya toplanışı barədə fikirlərini bildirən türkiyəli çalışdırıcı futbolçuların psixoloji durumlarının yüksək səviyyədə olduğunu vurğulayıb: “Hamısı çox istəklidir. Yanvarın 22-dən yoxlama oyunlarına start veririk. İlk rəqibimiz “Qazaxıstanın “Atırau” komandası olacaq. Rəqibimizi elə də yaxşı tanımıram. Sadəcə bilirəm ki, komanda Qazaxıstanın yüksək liqasında çıxış edir. Bu oyunda iki gündə necə hazırlaşdığımızı gözdən keçirəcəyik”.
Kavlak rəqiblərinin gücünə görə komandanın çatışmazlıqlarını müəyyənləşdirəcəklərini söyləyib: “Rəqib kimi hazırlıq prosesinin sonuna doğru daha güclü rəqiblərlə qarşılaşacağıq. Bu bizə komandanın hazırlıq prosesini necə dəyərləndirdiyini və çatışmazlıqları görməyə imkan verəcək”.

0
0