“Aleksandr Starkov müdafiəçi axtarır!?”
22.01.2012 - 00:04
“Bakı” klubunun müdafiəçisi Elvin Əliyevin apasport.az saytına müsahibəsi
- Komanda hazırlığını davam etdirsə də, siz bu prosesdən kənarda qalırsınız. Zədəniz nə dərəcədə ciddidir?
- Dəqiq bilmirəm. Zədəm əzələdə yox, sümükdədir. Əgər əzələdə olsaydı, tez bir zamanda aradan qaldırardıq. Hazırlıq prosesinə yəqin ki, qatıla bilməyəcəyəm. Amma çempionata qədər hazır olacağam.
- Yəqin ki, bu sizə hələ çox çətinlik yaradacaq…
- Mən də belə düşünürəm. Çünki futbolçu üçün təlim-məşq toplanışı olduqca vacibdir.
- Fərdi məşqlərə nə vaxt başlaya bilərsiniz?
- Yaxın gələcəkdə. Amma komanda ilə hazırlığa qoşulmaq üçün ən azından 3 həftəyə ehtiyacım var.
- Sizinlə İstanbula müayinəyə getmiş Uinston Parksın durumu necədir?
- Parksda cüzi damar dartılması var. Ciddi problemi yoxdur. Çox tez bir zamanda sağalan zədədir. 10 günə sağalıb, komandanın hazırlığına qoşulacaq.
- Baş məşqçi Aleksandr Starkov müdafiəçi axtarışındadır. Bundan xəbəriniz var?
- Starkov müdafiəçi axtarır!? Müdafiənin hansı mövqeyinə axtardığını demədi? Düzdür, çempionatda həddindən çox qol buraxırıq. Yoxlama görüşündə də üzücü nəticələr qazanırıq. Bütün bunları nəzərə alsaq, müdafiə xəttini gücləndirmək lazımdır.
- Komandanın vitse-kapitanı kimi necə düşünürsünüz, müdafiədəki problemlərin kökündə nə dayanır?
- Bilirsiniz, hər şeyi də təkcə müdafiə xəttinin üzərinə atmaq, onları günahlandırmaq düzgün deyil axı… Futbolu 11 nəfər oynayır. Əgər düşünürüksə, 4 nəfər müdafiədə otursa, səhv buraxmasa, biz uduzmayacağıq, bu, düzgün yanaşma deyil. Özünüz bilirsiniz ki, bütün komandada problem var. Bütün günahı müdafiəyə yıxmaq olmaz. Hər yerdə boşluqlar yaranır. Yeni transferlərin hesabına komandanı gücləndirəcəyik.
- Bəzi futbolçular var ki, zədələndikləri üçün sevinir, istirahət edirlər. Hazırkı vəziyyət sizə necə təsir edir?
- Çoxları zədələnməsini istəməz. Amma zədədən istifadə edən futbolçular da var. Yəqin ki, görmüsünüz, mən necə mübarizə aparmışam, heç vaxt heç nədən çəkinməmişəm. Əlbəttə ki, belə bir xarakteri olan insana kənarda qalmaq çətin gəlir. Amma nə etmək olar? Allahın işidir. Heç kim heç nədən sığortalanmayıb. Zədəyə uduzmaq olmaz.
- “Bakı”nın heyəti digərləri ilə müqayisədə çox güclüdür, seçim imkanı genişdir. Amma ortada nəticə yoxdur. Komanda 3-4 oyun dalbadal qələbə qazana bilmir. Bu, nə ilə bağlıdır?
- Düz deyirsiniz. Özümüz də bunun şahidiyik. Günah özümüzdədir. Bəzən komanda pis mübarizə apardığı zaman udur. Biz hadisələri başa düşə bilmirik, dərk edə bilmirik ki, nələr baş verir. Meydanda qaçırsan, vuruşursan amma xal əldə edə bilmirsən. Şəxsən özüm oturub bunun səbəbini aydınlaşdıra bilmirəm ki, bu nəyə görə belə alınır.
- Bəlkə nəsə natamamlıq var?
- “Bakı”nın heyətində ulduz oyunçular yer alıb. Heyətdə yer alanların 60-70 faizi milli komandaya cəlb olunurlar. Amma nə bilim, günah bizdədir. Çünki meydanda oynayan bizik.
- Bəlkə millidə oynamaqdan yaranan arxayınçılıq sizə mənfi təsir edir?
- Yenə deyirəm, kimin kimə arxayın olması başqa məsələdir. Ümumi götürəndə problem heç kimdə deyil, yalnız futbolçulardadır. Bizə bunun müqabilində pul, maaş verirlər. Pis və yalan çıxmasın, bizdə olan şərait Avropa ilə müqayisə oluna bilər. Neçə ilin “Ankaragücü”sü forma tapıb, ikinci hissəyə təmiz çıxa bilmir. Bizdə isə belə problem yoxdur.
- Baş məşqçi Starkovu necə xarakterizə edə bilərsiniz?
- Təzə gələndə onun necə adam olduğunu bilmirdim. Çox sakit idi. Sonra məni vitse-kapitan seçdi. Dedi ki, sənə güvənirəm. Onunla tez-tez danışıram. Mənimlə bağlı fikirləri müsbətdir. Məni çox istəyir. Hamıya eyni gözlə baxır, amma eyni zamanda öz içində bilir ki, kimin günahı var. Sakitliyində də bir düzgünlük gizlənir. Öz sözləri ilə hər şeyi açıb-tökür.

0
0