“Neftçi” texnikalı futbol nümayiş etdirdi”
22.01.2012 - 00:02
“Neftçi” texnikalı futbol nümayiş etdirdi”
“Rəqibin Azərbaycanın ən köklü komandası olduğunu bilirdik. Biz də zəif deyilik”. Apasport.az saytının xəbərinə görə, bunu “Aktobe” klubunun baş məşqçisi Vladimir Muxanov deyib.

Antalyada “Neftçi” ilə yoldaşlıq görüşü (1:1) barədə danışan Qazaxıstan təmsilçisinin çalışdırıcısı “ağ-qaralar”ı tərifləyib: “Açığı rəqibin bu dərəcədə güclü olduğunu gözləmirdim. Oyun boyu "Neftçi" daha üstün və texnikalı futbol nümayiş etdirdi. Qapıçımız bir neçə epizodda komandamızı real qoldan xilas etdi. Sevinirəm ki, qol vurub heç-heçəyə nail olduq. Yoxlama matçı olmasına baxmayaraq, belə gərgin qarşılaşmanı zədəsiz başa vurmağımız da yaxşı oldu”.