Böyükağa Hacıyev həm razı, həm narazı
22.01.2012 - 00:05
“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev “Aktobe” ilə oyundan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, “ağ-qaralar”ın çalışdırıcısı 1:1 hesabı ilə başa çatan qarşılaşmanın nəticəsindən razı qalmayıb: “Matç başlayandan sona kimi oyuna diktə etdik. Əgər əldə etdiyimiz qol imkanlarının yarısından yararlana bilsəydik, hesab 5:1 ola bilərdi. Ağır yükləmələrdən sonra futbolçuların meydandakı durumu məni qane etdi. Bu oyunda da gənc futbolçuları sınadım. Əgər 1995-ci il təvəllüdlü Kənan Manaflı kimi yeniyetmələrimiz "Dinamo" Drezden, "Aktobe" kimi rəqiblərlə oyunda çempionun heyətində özlərini göstərə bilirlərsə, deməli "Neftçi"nin sabahı möhkəm əllərdə olacaq."
0
0