56 illik rekord qırıldı
22.01.2012 - 11:42
56 illik rekord qırıldı
İtaliya A seriyasında “Roma”nın əfsanəvi futbolçusu Françesko Totti yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, 35 yaşlı hücumçu “Çezena” ilə görüşdə dubl edərək, eyni komandada ən çox qol vuran futbolçu olub. O, bununla da çempionatın 56 illik rekordunu təzələyib.

Belə ki, “Roma”da vurduğu qolların sayını 211-ə çatdıran Totti 1949-1956-cı illərdə “Milan”ın formasında 210 qol vuran isveçli Gunnar Nordahlın rekordunu arxada qoymaqla, birinci yerə yüksəlib. 1992-ci ildən “Roma”da forma geyinən hücumçu bu qolları təxminən 500 matça vurub.

Qeyd edək ki, “Roma” – “Çezena” görüşü 5:1 hesabı ilə başa çatıb.