“Qəbələ” ilk oyununda uduzdu - YENİLƏNİB
22.01.2012 - 20:53
“Qəbələ” ilk oyununda uduzdu - YENİLƏNİB
Bu gün “Qəbələ” Antalyada hazırlıq çərçivəsində ilk yoxlama oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Fatih Kavlakın yetirmələri Qazaxıstanın “Atırau” klubu ilə qarşılaşıblar.

Bakı vaxtı ilə saat 19:00-da start götürən matç Qəbələ təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb. Düzdür, hesabı Azərbaycan klubu açıb. Lakin onlar bu üstünlüyü qoruya bilməyiblər və yekunda 1:2 hesabı ilə uduzublar.

“Qəbələ” - “Atırau” - 1:2
Mendi, 11 - Boaç, 17; Çuriyev, 24

“Qəbələ” (start heyəti): Pavel Doroşev, Ürfan Abbasov, Nodar Məmmədov, Sergey Sokolov, Lyubo Baranin, Tarzin Cahangirov, Bruno da Silva, Nuran Qurbanov, Viktor Mendi, Deon Barton, Yannik Kamanan.

Qeyd edək ki, “Qəbələ” növbəti oyununu yanvarın 25-də Ukraynanın “Krivbass” komandasına qarşı keçirəcək.