Messi Ronaldonun hegemonluğuna son qoydu
23.01.2012 - 09:42
Messi Ronaldonun hegemonluğuna son qoydu
Lionel Messi Kriştianu Ronaldonun hegemonluğuna son qoydu. Apasport.az saytının məlumatına görə, “Barselona”nın argentinalı hücumçusu İspaniya Primerosunda bombardirlər yarışında liderliyi ələ keçirib. Bu, Messinin son turda “Malaqa” üzərində 4:1 hesablı qələbə zamanı etdiyi het-trik sayəsində reallaşıb. O, buna 20-ci, 51-ci və 81-ci dəqiqələrdə vurduğu qollarla nail olub. İndi Lionelin hesabında 22 qol var ki, bu da dünyanın ən bahalı futbolçusu olan Ronaldonun 1 qol çoxdur. Madrid “Real”ının portuqaliyalı hücumçusu 21 dəfə fərqlənib.

Qeyd edək ki, Ronaldonun dünyanın ən yaxşı futbolçusu olduqdan sonra axır 3 ildə Messi “Qızıl top”u qazanır.