“Trabzonspor”un vitse-prezidenti güllələndi
23.01.2012 - 09:55
“Trabzonspor” klubunun vitse-prezidenti Nevzat Sakar silahlı hücuma məruz qalıb. Apasport.az saytının məlumatına görə, Türkiyə klubunun rəsmisi ayağından güllələnib. Hadisə gecə saatlarında baş verib və silahlı şəxs Sakara 3 dəfə atəş açıb. Bunlardan biri hədəfə düşüb. Trabzon klubu yaydığı rəsmi açıqlamada bildirilir ki, Sakarın vəziyyəti normaldır və cinayətkarın tutulacağına ümid edilir.
0
0