Ardıcıl 11-ci qələbə
23.01.2012 - 10:11
İngiltərənin “Mançester Siti” klubu Premyer Liqanın startında qazandığı ardıcıl ev qələbələrinin sayını 11-ə çatdırıb. Apasport.az saytının məlumatına görə, şəhərlilər buna “Tottenhem”i 3:2 hesabı ilə məğlub etməklə nail olub. Premyer Liqanın startında ardıcıl 11 ev oyununda qalib gələn son komanda “Çelsi” olmuşdu. London təmsilçisi 2005/06 mövsümündə eyni nəticə göstərmişdi. Premyer Liqanın rekordu isə 1995/96 mövsümündə qeydə alınıb. Həmin vaxt “Nyukasl” 13 ev matçında xal itirməmişdi.
Qeyd edək ki, mançesterlilər 11 ev oyununda 34 qol vurub, 6-nı buraxıb.
Qeyd edək ki, mançesterlilər 11 ev oyununda 34 qol vurub, 6-nı buraxıb.
0
0