Azərbaycan Premyer Liqasının 9-cusu
23.01.2012 - 10:03
Yanvarın 11-dən intensiv məşqlərə start verən “Kəpəz” klubu təlim-məşq toplanışını Türkiyədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, yanvarın 24-də komanda tam heyətlə Antalyaya uçacaq. 10 gün davam edəcək təlim-məşq toplanışı zamanı komanda 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Belekde, “Adora Golf Resort” mehmanxanasında məskunlaşacaq komanda bu toplanış zamanı daha bir neçə futbolçunu baxışdan keçirmək niyyətindədir.
Qeyd edək ki, gəncəlilər Antalyaya üz tutan 9-cu Premyer Liqa təmsilçisidir.
Qeyd edək ki, gəncəlilər Antalyaya üz tutan 9-cu Premyer Liqa təmsilçisidir.
0
0