Onuncu het-trik
23.01.2012 - 10:34
Onuncu het-trik
İspaniya çempionatının hesabat turu “Barselona”nın argentinalı hücumçusu Lionel Messi üçün yubileylə əlamətdar olub. Apasport.az saytının “Malaqa” ilə qarşılaşmada 3 qol vuran cənubi amerikalı Kataloniya təmsilçisinin heyətində 10-cu het-trikini rəsmiləşdirib. Bununla da Messi klub tarixində ən azı 10 dəfə buna nail olan 3-cü futbolçu olub. 1942-55-ci illərdə “Barselona”da oynamış Sezar Rodrigesin hesabında 13 het-trik var. 1951-61-ci illərdə “Barselona”da 11 dəfə bunu bacaran Ladislao Kubala isə 2-ci pillədədir.