Premyer Liqamızın sabiq futbolçusu yığmasına lazım olmadı
23.01.2012 - 11:01
Afrika Millətlər Kubokunda 2-ci oyun gününün matçları baş tutub. Apasport.az saytının məlumatına görə, Ekvatorial Qvineya və Qabonda keçirilən yarışda B qrupu komandaları da mübarizəyə başlayıb. Qrupun favoriti Fil Dişi Sahili Didye Droqbanın qolu sayəsində ilk qələbəsini qazanıb. Sudanı məğlub edən Droqba və komandası kimi Anqola da ilk turu qələbə ilə başa vurub. Onlar Burkina-Fasonu məğlub ediblər – 2:1. Azərbaycan Premyer Liqasında oynamış, “Muğan”ın sabiq futbolçusu Narsis Yameoqo Burkina-Fasonun yığmasında ehtiyatda qalıb.
Fil Dişi Sahili – Sudan – 1:0
Droqba, 39
Burkina-Faso – Anqola – 1:2
Traore, 57 – Mateus, 48, Manuşo, 68
Fil Dişi Sahili – Sudan – 1:0
Droqba, 39
Burkina-Faso – Anqola – 1:2
Traore, 57 – Mateus, 48, Manuşo, 68
0
0