Qarayev İsveçrəyə getdi
23.01.2012 - 11:40
Bu gün İsveçrənin Nyon şəhərində UEFA-nın Marketinq-Məşvərət Komitəsinin iclası keçiriləcək. Apasport.az saytının məlumatına görə, iclasda Avro-2012 və Avropa çempionatının seçmə mərhələsinin eksklüziv tələbləri mövzusunda müzakirələr aparılacaq. Yığıncaqda AFFA-nın Marketinq və Reklamlar Departamentinin rəisi, qeyd olunan komitənin üzvü Cavid Qarayev iştirak edəcək.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0