Ukrayna yığmasının oyunçusu Azərbaycana gələ bilmədiyinə görə üzülür
23.01.2012 - 11:54
Ukrayna futzal yığmasının oyunçusu Aleksandr Sorokin Azərbaycana gələ bilmədiyinə görə təəssüflənib. Apasport.az saytının məlumatına görə, Xarkovun “Lokomotiv” klubunun futzalçısı millisinin heyətində V Bakı Beynəlxalq Futzal Turnirində iştirak edə bilməyib. Buna səbəb Sorokinin məşqdə zədələnməyi və nəticəsində yanvarın 3-də cərrahiyyə əməliyyatı olunmağıdır. Nəticədə Aleksandr paytaxtımıza gətirilən heyətdə yer almayıb: “Əlbəttə, Bakıda oynaya bilməməyim üzücü idi. Belə turnirdə iştirak etmək pis olmazdı. Üstəlik, “Lokomotiv”dən yığmaya birdən-birə 6 oyunçu çağırılmışdı. Ancaq nə etmək olar, bu, idmandır və burada zədədən heç kim sığortalanmayıb. Həkimlər mənə əməliyyatdan sonra yarım ay oynamağa qadağa qoyublar”.
Qeyd edək ki, Ukrayna yığması indiyə kimi yalnız millimizin qalibi olduğu turnirdə bu dəfə 1-ci olub.
Qeyd edək ki, Ukrayna yığması indiyə kimi yalnız millimizin qalibi olduğu turnirdə bu dəfə 1-ci olub.
0
0