Milli komandamız Macarıstanla heç-heçə oynadı - YENİLƏNİB
23.01.2012 - 19:00
Bu gün Azərbaycanın 21 yaşlılardan ibarət futbolçulardan ibarət yığma komandası (U-21) Türkiyədəki təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, almaniyalı Bernard Lippertin baş məşqçisi olduğu yığmamız Antalyadakı hazırlıq prosesi çərçivəsində Macarıstanın U-21-ı ilə görüşüb. Bakı vaxtı ilə saat 17:00-da başlayan oyun 1:1 hesabı ilə nəticələnib. Yığmamızdan qolu müdafiəçi Şəhriyar Xəlilov vurub.
0
0