“Simurq” Gürcüstan çempionu və Bundesliqa təmsilçisi ilə oynayacaq
23.01.2012 - 14:25
“Simurq” Gürcüstan çempionu və Bundesliqa təmsilçisi ilə oynayacaq
“Simurq”un Türkiyədəki hazırlıq prosesində qalan rəqibləri dəqiqləşib. Klubun icraçı-direktoru Vaqif Əliyev apasport.az saytına açıqlamasında yanvarın 25-də Kutaisin “Torpedo”, 31-də Drezdenin “Dinamo” klubu ilə yoxlama oyunu keçirəcəklərini bildirib: “Torpedo” ilə oyunun “Kaysar” kimi yerli vaxtla saat 15:00-da başlayacağı gözlənilir. Ancaq “Dinamo” ilə matçın başlanma saatı hələ dəqiqləşməyib. Yanvarın 31-də almanlarla görüşdən sonra gecə saatlarında vətənə qayıdacağıq”.

Qeyd edək ki, Zaqatala təmsilçisi ötən mövsüm Qazaxıstanın Superliqasında keçirən “Kaysar”la 1:1 hesablı bərabərliyə qalıb. Almaniyanın II Bundesliqa təmsilçisi olan Drezden təmsilçisi bir neçə gün öncə Antalyada “Neftçi”yə 1:0 hesabı ilə qalib gəlib. “Torpedo” isə vaxtilə Gürcüstan çempionu olub.

Mehman SÜLEYMANOV