“Qalatasaray” üçün bəd xəbər
23.01.2012 - 14:40
“Qalatasaray” üçün bəd xəbər
“Qalatasaray” Hollandiya milli komandasının futbolçusu Naycel de Yonqun transfer etmək fikrinə düşüb. Apasport.az saytının məlumatına görə, “Mançester Siti”nin əsas heyətində yerini itirən təcrübəli yarımmüdafiəçinin keçidi ilə bağlı rəsmi təklif irəli sürülüb. “Yuventus” da Nayceli transfer etmək istədiyindən, istanbulluların rəqibi idi.

Qaret Barri, Yaya Ture və Ceyms Milnerlə əsas heyətə düşmək uğrunda rəqabətdə uduzan de Yonqun müqaviləsi il yarımdan sonra bitir. Bu üzdən ona görə müəyyən məbləğdə kompensasiya ödəmək lazımdır ki, “Qalatasaray” bunu reallaşdırmağa hazırdır. Elə hollandiyalı da oynamaq istədiyindən, Mançester təmsilçisindən getmək istəyir. Ancaq komandanın italiyalı baş məşqçisi Roberto Mançini Naycelin satılmağına qarşı çıxıb. Bu üzdən “Mançester Siti” onu almaq istəyən klubların təkliflərini rədd edib. Premyer Liqa təmsilçisi yarımmüdafiəçi müqaviləsini yeniləməzsə, onu mövsümün sonunda satacaq.