Qapıları səhv salan “Turan”ın futbolçusu geri qaytarılır
23.01.2012 - 14:56
Qapıları səhv salan “Turan”ın futbolçusu geri qaytarılır
“Baxışa çağırdığımız legionerlərin gəlişi yubanır. Menecerlər onları “Kaysar”la matçımıza gətirəcəklərini desələr də, bəzi problemlər üzündən gəlib çıxmadılar. İndi Rusiyadan bir legionerin yolunu gözləyirik ki, yanvarın 25-də Kutaisi “Torpedo”su ilə oyunda onu sınayaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Simurq”un icraçı-direktoru Vaqif Əliyev deyib. Antalyada hazırlıq prosesini davam etdirən Zaqatala təmsilçisi Qazaxıstanın “Kaysar” klubu ilə 1:1 hesabı ilə nəticələnən yoxlama oyununda yaxşı təsir bağışlayan “Bakı”nın moldovalı sabiq hücumçusu Vyaçeslav Sofroninin keçidini qətiləşdirib. Əvəzində Əliyevin sözlərinə görə, baxışda olan “Turan”ın yarımmüdafiəçisi Rəşad Orucov “Simurq”a lazım olmayıb: “Rəşad həmin oyunda etimadı doğrulda bilmədi, öz qapımıza qol vurdu. Nəticədə qələbəni əldən verdik. Orucov komandamızda qalmayacaq və onu geri qaytaracağıq”.

Mehman SÜLEYMANOV